"Neftçi" yeni oyunçu ilə anlaşıb. Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" bu dəfə qapı xəttinə "əl gəzdirib".
Paytaxt təmsilçisi Ruslan Samiqullini "Sabah"dan icarəyə götürüb. Gənclər yığmasının da formasını geyinən qapıçıyla bir illik müqavilə bağlanıb. Roman Qriqorçuku görəvə gətirmiş "Neftçi" bu yay 2 qapıçısı ilə vidalaşıb.
Xroniki zədələrdən əziyyət çəkən Aqil Məmmədov karyerasını 35 yaşında bitirmək məcburiyyətində qalıbsa, xorvatiyalı İvan Brkiç Polşada "Motor"la müqavilə imzalayıb.
saytlarin hazirlanmasi