Azərbaycana millisinin forvardı müqavilə üçün Türkiyəyə yollanır

12:18 - 6 Avqust 2024

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun "Ankaragücü"yə keçəcəyi bəlli olub.

Sportal.az “Zafer Gazetesi”nə istinadən xəbər verir ki, 25 yaşlı forvardın Türkiyə klubu ilə müqavilə üçün Ankaraya yollanacağı vaxt bəlli olub. O, bu gün axşam saatlarında Ankaraya yollanacaq və Birinci Liqa klubu ilə rəsmi müqavilə imzalayacaq.

Xatırladırıq ki, müqavilə əsasında İsveçrənin “Qrasshopper” klubuna məxsus olan Renat ötən mövsümü icarə əsasında Türkiyənin Superliqa təmsilçisi “Hatayspor”da keçirib.

Xəbər xətti