Zaqreb "Dinamo"sundan ayrılan Mahir Emrelinin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Almaniyada davam etdirəcək.
27 yaşlı hücumçu "Nürnberq"ə keçib. Bu barədə II Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mahir Emreli yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi