Mahir Emreli Almaniyanın "Nürnberq" klubuna keçib.
Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib. 27 yaşlı forvard meydana çıxmağı səbrsizliklə gözlədiyini bildirib:
“Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tezliklə meydançaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait var. "Nürnberq"də çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm".
saytlarin hazirlanmasi