"Mahir kimi bir futbolçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır"

19:55 - 6 Avqust 2024

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin idman direktoru Yoti Çatzialexu 27 yaşçlı forvard haqda xoş sözlər deyib. Klub rəsmisi Mahirin təcrübəli futbolçu olduğunu bildirib:

"Mahir Emrelinin keyfiyyətinə əminik. O, beynəlxalq səviyyədə təcrübəli hücumçudur. "Nürnberq" olaraq bu kateqoriyadan bir futbolçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır. Biz Mahirlə görüşməyi səbirsizliklə gözləyirik və sağalma prosesində ona mümkün olan ən yaxşı dəstəyi göstərəcəyik”.

Xəbər xətti