Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Türkiyədə çıxış edəcək.
Sportal.az xəbər verir ki, "Ankaragücü" İsveçrənin "Qrasshopper" klubundan 25 yaşlı forvardı transfer edib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Millimizin üzvü paytaxt klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.
saytlarin hazirlanmasi