Türkiyənin “Bodrumspor” klubu Azərbaycanın U-21 yığmasının sabiq üzvü, hazırda “Sumqayıt”da aparıcı oyunçulardan olan Səbuhi Abdullazadə üçün hərəkətə keçib.
Sportal.az saytına verilən məlumata görə, ötən mövsüm Türkiyə Birinci Liqasında oynayan və Superliqaya vəsiqə qazanan klub Abdullazadəni heyətinə qatmağı planlaşdırır.
Əslində, Türkiyə təmsilçisi Səbuhini hələ ötən mövsüm transfer etmək niyyətində olsa da, keçid baş tutmamışdı. Bu yay isə “Bodrumspor” Səbuhini transfer edəcəyinə ümidlə yanaşır.
Onun yaxın vaxtlarda bu kluba keçib-keçməyəcəyi dəqiqləşəcək. Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi “Sumqayıt” yetirməsidir və onun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-da bitəcək.
saytlarin hazirlanmasi