"Neftçi"də gərginlik: Futbolçu azarkeşlərə butulka tulladı - FOTO

00:14 - 11 Avqust 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın azarkeşləri ilə futbolçular arasında gərgin anlar yaşanıb.

"Neftçi" fanatları nəticədən narazı qalıblar. Onlar qarşılaşma başa çatdıqdan sonra komandanı yanlarına çağıraraq etirazlarını bildiriblər.

Kapitan Emin Mahmudov azarkeşlərlə danışarkən müdafiəçi Ervin Koffi tribunadan gələn iradlara əsəbləşib. Fransalı futbolçu əlində olan su butulkasını fanatlara tərəf atıb. Bu, gərginliyin daha da artmasına səbəb olub. Nəticədə polis əməkdaşları aranı sakitləşdirib.


Xəbər xətti