Dadaşov "Dinamo"da ilk qolunu vurdu

13:48 - 11 Avqust 2024

Almaniyada Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Moyzelvits” üzərində qələbə qazanıb (4:0). 

Dadaşov oyuna start heyətində çıxıb və sona qədər oynayıb. 83-cü dəqiqədə o, komandasının dördüncü qolunu vurub.

Hazırda “Dinamo” dörd xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Bu, berlinlilərin yeni çempionat mövsümündə ilk qələbəsidir.
 

Xəbər xətti