"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Biz qol vurmaq üçün çox da şans əldə edə bilmədik. Nəticədə də 0:3 hesabı ilə uduzduq. Amma belə hallar da olur. Lakin artıq bu görüş geridə qaldı. Allah qoysa, daha çox işləyib, artıraraq növbəti matçlarda qollar vurub, qələbələr qazanmağa çalışacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in malili forvardı Lassana Ndiaye deyib.
Gəncə təmsilçisinin bu yay heyətinə qatdığı forvard "Qarabağ"ın gücündən bəhs edib: "Qarabağ” güclü komandadır. Amma deyim ki, şans yaratmaq olardı. Artıq bu oyun geridə qaldı. Əlbəttə ki, “Qarabağ” haqda əvvəlcədən də xəbərim var idi. Bu komanda Azərbaycanın ən yaxşı komandalarından biridir. Çox güclü komanda olduqlarını bilirəm. Onlara da uğurlar arzulayıram. Biz özümüz isə qarşıdakı oyunu düşünürük. İnanıram ki, növbəti turda uğurlu nəticə qazana biləcəyik".
Lassana "Kəpəz"dəki hədəfi haqda isə bunları deyib: "Kəpəz" mənim komandamdır, tarixi klubda oynayıram. Ona görə də bütün fikrimi məhz bu komandaya kömək etməyə yönəltmişəm. "Kəpəz" üçün ən yaxşısını etməyə çalışıram. Doğrudur, ikinci oyunda da uduzduq. Lakin qarşıda çox oyunlar var. Hər şeyi edəcəyik ki, qarşıdakı matçlarda da qələbə qazanaq".