Türkiyə mətbuatı “Ankaragücü”nün bu gün Ankarada “Şanlıurfaspor”la keçiriləcək birinci liqanın açılış turu oyunu üçün mümkün start heyətindən yazıb.
Sportal.az xəbər verir ki, “YURTSPOR” portalı ev sahiblərinin azərbaycanlı hücumçusu Renat Dadaşovu da diqqət çəkiblər: “Yenicə “Ankaragücü”yə keçən azərbaycanlı hücumçu Renat Dadaşovun bu gün start heyətində meydana çıxacağı gözlənilir. Yoldaşlıq görüşlərində Riad Bajiçdən istədiyini ala bilməyən komanda məşqçisi Cihat Arslan Dadaşova şans verəcək".
Qeyd edək ki, Renatla Türkiyə 1-ci Liqası təmsilçisi ilə 2 illik müqavilə imzalanıb. Dadaşov "Qrasshopper"dən transfer olunub.
saytlarin hazirlanmasi