Millimizin üzvü Malayziya klubu ilə müqavilə imzaladı - RƏSMİ

16:53 - 11 Avqust 2024

"Neftçi"dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək. Azərbaycan milli komandasının üzvü bu ölkənin "Cohor Darul Takzim" komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Eddi İsrafilov 2022-ci ilin yanvar ayından 2024-cü ilin iyununadək "Neftçi"də çıxış edib. Təcrübəli futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 71 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti