Bu həftə Almaniyanın "Nürnberq" klubu ilə müqavilə imzalayan Mahir Emrəli bu həftə yeni klubunda yüngül məşqlərə başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, hələlik Mahir yüngül qaçışlarla kifayətlənəcək. Hər şey plana uyğun gedərsə, 27 yaşlı azərbaycanlının iki həftədən sonra kollektivə qoşulacağı gözlənilir.
Qeyd edək ki, “Nürnberq” ikinci Bundesliqanın ilk iki turunda “Karlsrue”yə uduzub (2:3), evdə isə “Şalke”ni (3:1) məğlub edib.
Əlavə edək ki, Almaniya klubu onunla bir illik müqavilə imzalayıb.