Azərbaycan yığmasının sabiq üzvü bu klubla müqavilə imzaladı

14:18 - 14 Avqust 2024

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyev yeni sezona Ukrayna Birinci Liqasında başlayacaq.

Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı müdafiəçi “Minay”la anlaşıb.

O, bu klubla bir illik müqavilə imzalayıb. Əslində, Nağıyevin bu yay Azərbaycan klublarından biri ilə müqavilə imzayalacağı gözlənilirdi.

Lakin sonda keçidi baş tutmayıb və o, Ukraynanın “Minay” klubuna keçəsi olub.

Xəbər xətti