Türkiyənin "Ankaragücü" klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov birinci liqa klubuna keçidi haqda danışıb.
Sportal.az “EG” portalına istinadən xəbər verir ki, o, həmçinin turun açılış matçında "Şanlıurfaspor"la (2:0) vurulan debüt qola da toxunub. Bununla yanaşı, Türkiyədəki hədəflərindən də söhbət açıb:
"Komandanın baş məşqçisi Cihat Arslanın mənə göstərdiyi diqqət məni heyran etdi. Mənə “Ankaragücü”nün gələcək planlarından, eləcə də öz planlarından danışdı. Məni həqiqətən heyran etdilər. “Ankaragücü” böyük klubdur, Ankara gözəl şəhərdir. Məqsədimiz yenidən Super Liqaya qayıtmaqdır. Komanda yoldaşlarım və mən bunun üçün sona qədər mübarizə aparacağıq. Debüt matçında vurulan qol məni motivasiya etdi və bundan sonra da mübarizə aparmağa həvəsləndirdi. Qarşıda “Erzurumspor”la oyun var. Komanda motivasiyalıdır və qarşısına maksimum hədəflər qoyacaq”.
saytlarin hazirlanmasi