Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Helsinki" səfərdə səfərdə Monteneqronun "Deçiç Tuzi" komandası ilə üz-üzə gəlib. Matçın əsas vaxtı ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə "Helsinki" qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab açıqmayıb. Penaltilər seriyasında daha dəqiq olan Finlandiya təmsilçisi pley-offa yüksəlib.
Ozan Can da bu matçın iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb. O. 46-cı dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi