"Qəbələ" kamerunlu futbolçu ilə yollarını ayırdı - RƏSMİ

11:36 - 17 Avqust 2024

“Qəbələ” kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, 24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana “qırmızı-qara” formada 36 matç keçirib. Kristof Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib. 

Xəbər xətti