Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ərzurumspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 71-ci dəqiqədə meydana daxil olub.
Bu Matçda "Ankaragücü"nün heyətində daha bir azərbaycanlı futbolçu iştirak edib. Həsən Nəzərov 84-cü dəqiqədə oyuna girib.
17 yaşlı yarımmüdafiəçi "Ankaragücü"nün yetirməsidir. Gənc futbolçu Azərbaycanın U-17 milli komandasının üzvüdür.
saytlarin hazirlanmasi