Coşqun Diniyev oynadı, komandası lider oldu

12:19 - 18 Avqust 2024

Türkiyə I Liqasında II turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ankara Keçiörengücü"ü ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 28 yaşlı futbolçu matça start heyətdə başlayıb. Təcrübəli oyunçu 55-ci dəqiqədə əvəzlənib.

2 turdan sonra maksimum nəticə göstərən "Bandırmaspor" "Kocaelispor"la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər xətti