"Mançester Siti"nin sabiq hücumçusu "Neftçi"yə təklif olundu

14:54 - 18 Avqust 2024

Stefan Yovitiç karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, monteneqrolu hücumçu 2 Premyer Liqa klubuna təklif olunub.

34 yaşlı forvard hazırda azad agentdir. Menecerləri onu "Sabah" və "Neftçi"yə təklif edib.

Lakin hücumçunun maaşının yüksək, yaşının çox olması paytaxt təmsilçilərinin bu keçidə isti baxmamasına səbəb olub.

Yovitiç "Partizan", "Fiorentina", "Mançester Siti", "İnter", "Sevilya", "Monako", "Herta" (Berlin), "Olimpiakos" kimi klublarda çıxış edib.

Xəbər xətti