Futbol üzrə Finlandiya çempionatında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi HİK səfərdə EİF-lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can bu bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, 66-cı dəqiqədə əvəzlənib.
20 turdan sonra 37 xal HİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Helsinki təmsilçisi lider KuPS-dan 4 xal geri qalır.
saytlarin hazirlanmasi