Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” klubu bu gün səhər saatlarında İsveçə yollanıb.
Sportal.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla, 14 futzalçı aparıb. Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov
Oyunçular - Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Kadinyo, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Aleksandar Yaniç, Covanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique
Qeyd edək ki, Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək. Komanda avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Xatırladaq ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.
saytlarin hazirlanmasi