Azərbaycanın U-19 milli komandasının sabiq üzvü Serhat Taşdemir Türkiyədə klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 24 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını "Kırklarelispor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
II Liqa təmsilçisi Serhatla imzalanan müqavilənin müddətini açıqlamayıb.
Qeyd edək ki, Serhat Taşdemirin son klubu "Kocaelispor" olub. O, 2019-cu ildə Azərbaycanın U-19 millisinin heyətində 3 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi