UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə “Araz-Naxçıvan” ilkin mərhələdə mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib. Azərbaycan çempionu rəqibinə 7 qolla qalib gəlib.
Beləliklə ilk oyunda böyükhesablı qələbə qazanan "Araz-Naxçıvan" mübarizəyə uğurla start verib. Komandamız sabah Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
"Araz-Naxçıvan" – "Sparta Belfast" (Şimali İrlandiya) (2:0) 7:1
Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 // Best, 34:49
21 avqust. Uddevalla
Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)