"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu qələbə heç nəyi həll etmir"

22:24 - 21 Avqust 2024

Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Sparta Belfast” komandası ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, matçla bağlı Azərbaycan çempionunun baş məşqçisi Vitali Borisov azfutzal.az-a bunları deyib:

"Qol epizodlarımız çox olsa da, hamısını reallaşdıra bilmədik. Komanda tapşırıqların hardasa 70 faizini yerinə yetirə bildi. Çətinlik çəkməyimizin səbəbi parketlə bağlı ola bilər. Çünki biz sürətli oyuna üstünlük veririk. Bu örtükdə isə top demək olar, zəif sürətlə hərəkət edir. Bu hər iki komandaya çətinlik yaradan amil idi. İkinci hissədə daha çox epizod realizə etməyi bacardıq. Hesab daha fərqli ola bilərdi. Komandalar arasında səviyyə fərqi aşkar görünürdü. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Araz-Naxçıvan” daha güclü, baxımlı oyun nümayiş etdirdi.Bu qələbə hələ heç nəyi həll etmir. Daha 2 vacib oyunumuz var. Artıq onlar haqda düşünməliyik".

Xəbər xətti