Mövsümə uğursuz başlayan "Neftçi" vəziyyətdən çıxış yolu axtarır.
Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, bakılılar çarəni yeni oyunçuların alınmasında görür.
Roman Qriqorçukun anons etdiyi legionerlər bir-bir gəlməkdədir. Dünən xəbər verdiyimiz kimi, Mustafa Seçki artıq buradadır. Seneqal kökənli ispaniyalı son cinah müdafiəçisi tibbi baxışdan keçib.
Qarşıdakı günlərdə daha bir əcnəbi Azərbaycana təşrif buyuracaq. «Ağ-qaralar»ın anlaşdığı legioner hücum xəttində çıxış edir. Düşərgədən redaksiyamıza verilən məlumata görə, onunla şifahi anlaşma əldə olunub. Forvard karyerasını ölkəmizdə davam etdirməyə razıdır.
Bircə klubunun bu keçidə okey verməsi qalıb və "Neftçi" rəhbərliyi ümid edir ki, qarşı tərəf sonda heç bir problem yaratmayacaq. Paytaxt təmsilçisi bu yay 7 transfer gerçəkləşdirib.
Bunlar Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin (icarə, "Sabah") və Rafal Quzzodur.
saytlarin hazirlanmasi