"Nürnberq"in yeni transferi Mahir Emreli fərdi şəkildə məşqlərə başlayıb. Onun qarşıdakı həftədə kollektivlə məşqlərə qoşulacağı gözlənilir.
Belindəki zədəsini tam olaraq sağaldan Mahirin "Nürnberq"in heyətində rəsmi debütünün isə nə vaxt gerçəkləşəcəyi isə hələ ki, bəlli deyil.
Sportal.az saytına verilən məlumata görə, Mahir Azərbaycan millisinin qarşıdakı toplanışına qatılmayacaq. Belə ki, Fernandu Santuş ona dəvət göndərsə belə, millimizin üzvü "Nürnberq"in düşərgəsində qalaraq yeni komandası ilə məşqlərə qoşulub, komandaya adaptasiya olmağa çalışacaq.
Emrelinin Azərbaycan millisinin Millətlər Liqasının sentyabrın 5-də İsveç, 8-də isə Slovakiyaya qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcəyi gözlənilir.
Mirbağırağa
saytlarin hazirlanmasi