Miroslav Kloze Emreli barədə: "Dəqiq vaxt deyə bilmərik"

13:17 - 22 Avqust 2024

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Nürnberq”də fərdi məşqlərə başlaması haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, məsələ ilə bağlı Almaniya klubunun baş məşqçisi Miroslav Kloze də danışıb.“Bild”ə açıqlama verən Kloze Mahirin mümkün qayıdışı haqda bunları deyib:“Proqnoz vermək çətindir. Onun reabilitasiyaya reaksiyasını hər həftə izləməli olacağıq. Dəqiq vaxt deyə bilmərik”.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər "Nürnberq"ə məxsus olacaq. Almaniya klubu Emrelinin performansından asılı olaraq, onunla müqavilə müddətini daha bir il artıra bilər.

Xəbər xətti