"Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq"

22:09 - 22 Avqust 2024

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb – 7:0.

Sportal.az xəbər verir ki, matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov açıqlama verib:

“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Xəbər xətti