Mövsümə bərbad başlamaq "Kəpəz"in ənənəsinə çevrilir. Artıq 3-cü ildir ki, eyni mənzərəyə şahidlik edirik. "Kəpəz" mövsümün əvvəlində məğlubiyyətləri sıralayır, baş məşqçi dəyişikliyi olur və Premyer Liqada yerlərini qoruya bilirlər. Əvvəlki iki mövsümdə belə olub.
Ötən mövsüm işiylə xoş təəssürat yaradan, "Kəpəz"i yalnız Premyer Liqada saxlamaqla yox, həm də komandanın sərgilədiyi oyuna görə adından söz etdirən Adil Şükürov aciz görünür hələ ki... "Kəpəz" meydana çıxdığı 4 oyunun hamısında məğlub olub, qapısında 12 qol görüb, amma heç 1 qol belə vura bilməyib.
Gəncə klubunda demək olar ki, hər il dəyişikliklər olur. Məşqçilər dəyişir, heyət dəyişir. Dəyişməyən klubun prezidenti İlqar Nadiridir. Nə özünün elə imkanı var ki, kluba cibindən ildə əlavə 3-5 milyon pul ayırsın, nə də sponsor tapa bilir ki, "Kəpəz" Premyer Liqaya səs salsın. Belə demək mümkündürsə, "Kəpəz" neçə ildir ki, baş girləməklə məşğuldur.
Yəqin İlqar Nadiri bu mövsüm də ümidini Allaha bağlayıb. Fikirləşir ki, birtəhər qala biləcəklər Premyer Liqada. Lakin əvvəlki iki mövsümlə müqayisədə bu dəfə vəziyyət daha qəlizdir. "Kəpəz"in yeni transferləri ötən ilkilərdən zəif görünürlər. Bu heyətlə bu dəfə də "kəfəni yırtmaq" çətin olacaq.
Həmid
saytlarin hazirlanmasi