Çempionlar Liqası: "Araz-Naxçıvan" İsveç klubuna qarşı

09:54 - 24 Avqust 2024

UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gələcək. Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurub. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuz hazırda turnir cədvəlinə başçılıq edir. Bu məqam hətta komandamıza heç-heçənin də sərf etdiyini göstərir. Heyətlə bağlı “Araz-Naxçıvan”da hansısa problem yoxdur.

Qeyd edək ki, reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksələcək. H qrupunun qalibi əsas mərhələnin B yolunun 5-ci qrupunda mübarizə aparacaq. Qrup matçlarındakı rəqiblər meydan sahibi “Etoile Lavalloise”, “Stalitsa Minsk” (Belarus) və ilkin mərhələnin B qrupunun qalibi olacaq. Həmin qrupda isə Bolqarıstanın “Amiqo Northvest” və İsveçrənin “Minerva” komandaları maksimum xalla zirvəni bölüşür. Bu gün keçiriləcək görüşdə liderin adına aydınlıq gətiriləcək. Matçlar oktyabrın 22-dən 27-dək Fransada təşkil olunacaq.
“Uddevalla” - “Araz – Naxçıvan”

UEFA Çempionlar Liqası. İlkin mərhələ.

24 avqust. Agnebergshallen. Saat 16:00

Hakimlər: Pavel Tokarevicz , Trayan Enchev, Yasin Alageyik

Timekeeper: Kastriot Gerxhaliu 

Hakim-inspektor: Timo Onatsu

UEFA nümayəndəsi: Andris Utinans

Xəbər xətti