Azərbaycanlı futbolçu: "Malayziya və Kamboca klubları məni istəyir"

18:23 - 25 Avqust 2024

Azərbaycanlı futbolçu, uzun illərdir ki, Taylandda legioner həyatı yaşayan Məmməd Quliyev Sportal.az saytına açıqlama verib. O, Taylandda özünə yeni komanda axtarır:

"İşlərim yaxşıdır. Taylandda qalmağım açığı futbolla bağlı deyil. Artıq 5 ilə yaxındır buradayam. Bizneslə də məşğulam. İllərdir ki, buradayam. Artıq bura öyrəşmişəm. Yoxsa, Asiyanın başqa ölkə klublarından da təkliflər almışam. Malayziya və Kamboca yüksək liqasında yarışan klublar məni istəyir. Sadəcə bayaq dediyim kimi, burada biznesim var. Seçimim də ona görə Taylandda bağlı olur. Üstəlik, Taylandda akademiya açmaq fikrim var. Yaxın gələcəkdə necə olacağını görəcəyik. Banqkok komandalarından da təkliflər var. Onlarla danışıram, çox güman ki, qərar verəcəm".

Quliyev uzun illərdir Taylandda yaşadığından yerli pasportu almaq fikrində olub-olmadığına da aydınlıq gətirib: "Taylandda vətəndaşlıq almaq çox çətin məsələdir. Hətta belə deyim ki, vermirlər. Ola bilər ki, hansısa viza güzəştləri olsun. Yoxsa vətəndaşlıq çətin məsələdir".

Mirbağırağa

Xəbər xətti