"Kəpəz" Adil Şükürovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Kəpəz" Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi