Polşa mətbuatı Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun “Radomyak”dakı çıxışından yazıb.
Sportal.az xəbər verir ki, "weszlo.com" portalı azərbaycanlı futbolçunun son turda "Vidzev"lə görüşdə penaltiyə səbəb olmasını şərh edib:
"Rahil Məmmədov, əlbəttə ki, Polşa meydanlarında gördüyümüz ən yaxşı müdafiəçilərdən deyil. 28 yaşlı müdafiəçi “LKS Lodz”da xüsusi fərqlənmədi və keçmiş klubu aşağı liqaya düşsə də, “Radomiak” ilə müqavilə imzalayaraq Ekstraklasada qaldı."Vidzev"lə son matçda (2:3) Məmmədov axmaq penaltiyə səbəb oldu. Bu epizodda hansı səhvi etdi? Hər şeyi, o, rəqibini pis bağlamışdı, sonra rəqibin onu aldatmasına icazə verdi, ardınca rəqibin formasından çəkdi. Belə müdafiə oyunu ilə “Radomiak” üçün uğurlu mövsüm proqnozlaşdırmırıq”.
saytlarin hazirlanmasi