İspaniyanın "Barselona" klubu azərbaycanlı qolkiper Eldar Tağızadə ilə müqavilədə dəyişiklik edib.
Sportal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət komandasının qapıçısı “Barselona”nın ikinci komandasının məşqində və yoldaşlıq oyunlarında yaxşı çıxış edib. Bundan sonra rəhbərlik onunla müqavilənin sxemini dəyişib. Xüsusilə, “2+1” sxemi üzrə əvvəllər mövcud olan müqavilənin əvəzinə tərəflər müqavilənin müddətini yeniləyiblər və artıq Tağızadənin “Barsa” ilə müqaviləsi üç illikdir.
Bundan sonra "Barselona" daha çox oynaması və forma şansı qazanması üçün onu İspaniyanı “Tudelano” klubuna icarəyə verib.
İcarə müddəti 2024/2025 mövsümünün sonuna qədərdir. Xatırladaq ki, Tağızadə bu yay "Barselona"ya keçmişdi və orada klubun ikinci komandasında çıxış etməli idi.
saytlarin hazirlanmasi