“Neftçi”nin yeni transferi Dembo Darbonun transferi üçün "Əl-Nəsr"ə (BƏƏ) ödədiyi məbləğ açıqlanıb.
Sportal.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, Bakı təmsilçisi 26 yaşlı qambiyalı hücumçu üçün 500 min avro (təxminən 940 min manat) ödəyib.
Xatırladaq ki, “Neftçi” Darbo ilə 2 illik müqavilə imzalayıb.
Qambiyalı buna qədər “Real Banjul”, “Şkupi”, “Şaxtyor”(Saliqorsk), “Astana”, “Ordabası” klublarında oynayıb.
saytlarin hazirlanmasi