Azərbaycan millisinin hücumçusu Türkiyədə ən bahalı futbolçular sırasında

11:23 - 1 Sentyabr 2024

Azərbaycan millisinin və “Ankaragücü”nün hücumçusu Renat Dadaşov Türkiyə Birinci Liqasının ən bahalı futbolçuları sırasındadır. 

Sportal.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, millimizin forvardı 1,8 milyon avrodur. dəyərindədir. qiymətləndirilir. Bu göstərici ilə o, 4-cü yerdədir. Liqanın ən bahalı oyunçusu isə “Ankaragücü”nün digər futbolçusu, rumıniyalı cinah oyunçusu Olimpiu Morutsandır (3 milyon avro). 

Qeyd edək ki, Renat “Ankaragücü”nə bu yay keçib.

Onun Ankara təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 
 

Xəbər xətti