Ukrayna milli komandasının baş həkimi Roman Jolobaylyuk “Qəbələ”də çalışdığı dönəmi xatırlayıb.
Sportal.az xəbər verir ki, açıqlama verən ukraynalı mütəxəssis Azərbaycan klubunun avrokuboklardakı çıxışını xatırlayıb:
“2015-2019-cu illərdə Azərbaycanın “Qəbələ” klubunda çalışmışam. Əlbəttə, maraqlı təcrübə idi. Roman Qriqorçuk məni komandaya dəvət etmişdi. İstər Azərbaycan, istərsə də Avropa futbolunda bəzi zirvələri fəth etdik, hətta Avropa Liqasının qrup mərhələsinə də düşdük. Çox maraqlı idi, amma dörd ildən sonra yad ölkədə yoruldum. Ailəm Ukraynadadır, qızlarım böyüyür, bir-birimizi görmək imkanı yox idi, ona görə də qərara gəldim ki, dörd il kifayət edəcək”.
saytlarin hazirlanmasi