"Kəpəz"in yeni baş məşqçisi millimizin üzvünü istədi - legioner həyatı başa çatır

13:18 - 2 Sentyabr 2024

Karyerasını Bolqarıstanın "Arda" klubunda davam etdirən Cəlal Hüseynovun legioner həyatı başa çatacaq. 

Sportal.az saytına verilən məlumata görə, U-21 yığmamızın kapitanı Bolqarıstandan ayrılaraq Azərbaycana qayıdacaq.

Belə ki, o, "Kəpəz"in dəvətini qəbul edib. Gəncə klubunun yeni baş məşqçisi Azər Bağırov onun komandaya cəlb olunmasını istəyib.

Rəhbərlik də buna razı olub. Hazırda tərəflər arasında son danışıqlar gedir. Əgər maliyyə məsələlərində problem yaranmasa, Hüseynov mövsümə "Kəpəz"də davam edəcək. 

21 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-də "Arda" ilə üç illik müqavilə imzalamışdı.

Xəbər xətti