“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci mərhələsi çərçivəsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan “ağ-qaralar” heyətini 10 futbolçu ilə gücləndirib.
Qapıçı: Aytac Şərifova (sonuncu klubu “Trabzonspor” Türkiyə).
Müdafiəçilər: Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə), Güzide Alçu (“Amedspor” Türkiyə).
Yarımmüdafiəçilər: Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou” Yunanıstan).
Hücumçu: Xanım Əsədova (“Sabah”).
Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.
saytlarin hazirlanmasi