Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli kollektivə qoşulub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı hücumçusu məşq zamanı ikitərəfli görüşdə də iştirak edib. Miroslav Kloze klubun rəsmi saytına açıqlamasında Emreli haqda bunları deyib:
“Mahirin komandaya qoşulmasına çox sevindim. Amma onun matçlarda iştirakı barədə danışmaq hələ tezdir”.
Qeyd edək ki, Emreli yayda "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi