"Neftçi"nin sabiq forvardı Macarıstan klubunda - FOTO

12:34 - 4 Sentyabr 2024

"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya "Ferentsvaroş"a keçib.

Sportal.az xəbər verir ki, braziliyalı Macarıstan klubu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı forvardla müqavilənin detalları açıqlanmayıb.

"Ferentsvaroş" Mateus üçün 3 milyon avro ödəyib. Bu forvard 2023-cü ilin yanvarından iyuluna kimi "Neftçi"də çıxış edib. 


Xəbər xətti