Türkiyənin "Boluspor" klubunun üzvü Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib. Yarımmüdafiəçi Azərbaycan milli komandasının Millətlər Liqasının İsveç və Slovakiya ilə oyunlar üçün düşərgəyə dəvət olunmamasına münasibət bildirib.
O, Fernandu Santuşun diqqətini cəlb etmədiyi üçün həvəsdən düşmədiyini və növbəti toplanışlarda yığmaya cəlb olunmaq istədiyini söyləyib:
"Azərbaycan milli komandasından dəvət gözləyirdim. Lakin dəvət gəlmədi. Heç bir problem yoxdur. Fernandu Santuşun qərarı belə olub. Hörmətlə yanaşıram. Gələcək oyunlarda özümü "Boluspor"da yaxşı tərəfdən göstərib, milliyə dəvət alaram".
saytlarin hazirlanmasi