"Qarabağ"ın rəqibi fransalı ilə anlaşdı - FOTO

09:34 - 5 Sentyabr 2024

“Marsel”in yarımmüdafiəçisi Jordan Veretu  "Lion"la anlaşıb.

Sportal.az xəbər verir ki, fransalının keçidina görə “Lion”a 4 milyon avro ödənilib.

Yarımüdafiəçi 2026-cı il iyunun 30-na qədər “Lion”a məxsus olacaq. 31 yaşlı fransız "Nant"ın yetirməsidir. O, həmçinin “Aston Villa”, “Sent-Etyen”, “Fiorentina” və “Roma”da da çıxış edib.O, 2022-ci ilin yayında 12,45 milyon avroya “Marsel”ə keçib. Bu klubun heyətində 94 görüşdə 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Veretu Fransa millisində 5 oyun keçirib.

Qeyd edək ki, “Lion” Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də Bakıda keçiriləcək. Oyuna 21:45-də start veriləcək.

Xəbər xətti