Azərbaycanın U-21 yığmasının kapitanı Cəlal Hüseynovun "Kəpəz"ə keçidi gündəmdə idi.
Sportal.az saytına verilən məlumata görə, böyük ehtimalla onun Gəncə klubuna gəlişi baş tutmayacaq.
Onun mövsümə "Arda"da davam edəcəyi gözlənilir.
Hüseynov "Kəpəz"ə keçəsi olsaydı da, icarə əsasında oynayacaqdı. Amma bu icarənin reallaşmayacağı bildirilir.
Cəlalın Bolqarıstan klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi