Avropalı hücumçu Braziliya klubuna keçdi - RƏSMİ

15:58 - 10 Sentyabr 2024

Niderland millisinin üzvü Memfis Depayın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Atletiko"dan ayrıldıqdan sonra azad agent statusunda olan hücumçu karyerasını Braziliyada davam etdirəcək.

30 yaşlı forvard "Korintians"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu A Seriyası təmsilçisi ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti