Rusiya klubu azərbaycanlı futbolçu üçün 1 milyon ödədi: 3 illik müqavilə imzalandı

21:39 - 11 Sentyabr 2024

Azərbaycanın U-19 və U-20 milli komandalarının sabiq üzvü Sadıq Bagiev Rusiyada klubunun dəyişib.

Sportal.az saytına verilən məlumata görə, "Kuban Holdinq"in yarımmüdafiəçisi I Divizionda mübarizə aparan SKA-ya keçib. Gənc oyunçu Xabarovsk təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib.

SKA azərbaycanlı futbolçu üçün onun klubuna 1 milyon rubl (18 500 manat) təzminat ödəyib.

Sadıq Bagiev bu mövsüm "Kuban Holdinq"in heyətində keçirdiyi 20 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Kamran Aliyev də SKA-da çıxış edir.

Xəbər xətti