Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin II Bundesliqanın V turunun "Ulm 1846" ilə qarşıdakı oyununa hazır olması ilə bağlı fikirlərini bildirib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, almaniyalı məşqçi millimizin hücumçusunun bərpa prosesinin gec getməsindən söhbət açıb:
"Mən bu oyunu istisna etmək istəmirəm. Demişdik ki, Emrelini “Maqdeburq”la oyuna hazırlaya bilməsək, o zaman “Ulm”la görüşə hazırlayacağıq. Amma onun bərpa prosesi düşündüyümüzdən bir qədər çox çəkdi. Ola bilsin ki, 2-3 gün oldu. Amma vaxtımız da yoxdur".
saytlarin hazirlanmasi