Abdullahi Şuaybu bölgə klubu ilə müqavilə imzaladı

17:44 - 12 Sentyabr 2024

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Abdullahi Şuaybunun keçidini gerçəkləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Şuaybu bunadək “Saksan” (Moldova) və “Kəpəz”də forma geyinib.

Xəbər xətti