"Çelsi" seneqallı hücumçu ilə müqavilə imzaladı

15:55 - 13 Sentyabr 2024

İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nilolas Ceksonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqallı forvard 2033-cü ilin yayına kimi London klubuna məxsus olacaq.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu ötən ilin yayında "Vilyarreal"dan transfer edib. 24 yaşlı hücumçu cari mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti